Robben yenə Bavariyanın köməyinə gəldi (YENİLƏNDİ)
UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü – bu gecə. Azerisport.az xəbər verir ki, fransız-alman döyüşündə Bavariya Lionla qarşılaşır.
Bavariya – Lion 1:0
Matç başlandı.
37-ci dəqiqədə gözlənilməz hadisə yaşanıb. Bavariyanın liderlərindən olan Frank Riberi Lisandro Lopezin dizinə zərbə endirdiyi üçün baş hakim Roberto Rossetti tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.
Fasilə.
İkinci hissə başlandı.
Bu oyunda komandalar qoldan çox azarkeşləri vərəqələrlə "sevindirirlər". 54-cü dəqiqədə qonaqların futbolçusu Jeremi Tulalan ikinci sarı vərəqəni alıb. İki qırmızı vərəqə, hər ikisi də fransızların aktivində. Riberi də, əgər unutmamışsınızsa, fransızdır.
Nəhayət, qol səsi çıxdı! 69-cu dəqiqədə Aryen Robben fransızları məyus etdi! 1:0!
Matç başa çatdı. Çox gərgin qarşılaşmada bir qolla qalib gələn FK "Hollivud" finala doğru ilk addımını atdı.
