21 aprel 2010 23:30
Mahir Şükürovun dəfn etdiyi komanda Avropa Liqasında oynayacaq
Bu gün Rusiya kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Permdə Amkara 1:0 hesabı ilə qalib gələn Zenit finala adlayıb. Həlledici qarşılaşmada peterburqluların rəqibi iki həftə əvvəl Mahir Şükürovun komandası Anjinin səfərdə 4:2 hesabı ilə qalib gəldiyi Sibir olacaq. İki dəfə həmyerlimizin ötürməsindən sonra qapısında qol görən Novosibirsk klubu Alaniyanı evdə 3:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Sibirin UEFA Avropa Liqasına vəsiqə qazandığı məlum olub. Zenit 2009-cu il mövsümündə 3-cü yer tutaraq ÇL-ə vəsiqə aldığından, Sibir finalçı kimi avrokuboklarda iştirak edəcək.
