21 aprel 2010 23:48
Emin Ağayev mövsümə uğurlu başladı
Bu gün Rusiya II divizionunun “Qərb” zonasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Emin Ağayevin çıxış etdiyi Volqa Tverdə Zelenoqrad komandasını qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Kapitan sarğısı ilə meydançaya çıxan həmyerlimiz 90 dəqiqə mübarizə aparıb.
