21 aprel 2010 00:02
Bakı azarkeşlərini sayını artırır
Bakı Futbol Klubunun fanatlar arasında təbliğat kampaniyası davam edir. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın 4 futbolçusu – Cəmşid Məhərrəmov, Xalidu Sissoko, Əhməd Ticani və Vyaçeslav Sofroni, həmçinin klub işçilərindən bir neçəsi bu gün Binəqədi rayonundakı 297 saylı orta məktəbdə yeniyetmə azarkeşlərlə görüşüb. Görüş zamanı təbliğat kampaniyasının əməli nəticəsi kimi Bakı fanklubunun üzvlərinin sayının artması və onların dəstəyi sayəsində Bakının evdə Xəzər Lənkərana, səfərdə isə Qarabağa qalib gəlməsi göstərilib. Məlim olub ki, görüş vaxtı sinifdəki şagirdlərin yarısından çoxu Xəzər Lənkərana qarşı oyunda Bakını stadionda dəstəkləyib. Qarabağ qələbəsini isə böyük əksəriyyət televizorda seyr edib.
