21 aprel 2010 00:05
Araz Portuqaliyaya yollanır
Araz futzal üzrə UEFA Çempionlar Liqasının ”Dördlər finalı”nda iştirak etmək üçün Portuqaliyaya yollanır. Azerisport.az xəbər verir ki, İslandiyada vulkan püskürməsi və bunun nəticəsində aviareyslərin təxirə salınması üzündən turnirin təxirə salınması məsələsi gündəmdə olsa da, UEFA son anda bu qərardan imtina edib. Təmsilçimiz Portuqaliyaya Bakı – Frankfurt – Lissabon marşrutu ilə yollanacaq. Avropanın ən böyük hava limanı artıq təyyarələrin qəbulunu bərpa etdiyindən, komandamızın Pireney yarımadasına yollanması üçün elə bir problem yoxdur. Araz artıq bu gün Lissabonda olacaq.
Xatırladaq ki, İntervyu (İspaniya) klubuna qarşı yarımfinal görüşü aprelin 23-də baş tutacaq.
