21 aprel 2010 00:24
Neftçi, Yuventus və Mançester Yunayted eyni turnirdə
Neftçinin 17 yaşadək futbolçulardan ibarət komandası 25-31 may aralığında İtaliyada keçiriləcək "Corciaria World Cup-4" turnirinə hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytı bu yarışı məşhur məşqçi Joze Mourinyo və ulduz futbolçu Franşesko Tottinin izləyəcəyi gözlənilir.
Qeyd edək ki, beynəlxalq turnirdə İngiltərənin Mançester Yunayted, Arsenal, Kristal Pelas, İtaliyanın Roma, Milan, Yuventus, Fiorentina, Kyevo, Bari, Napoli, Kalyari, Fransanın Bastiya, Xorvatiyanın Hayduk, Portuqaliyanın Benfika, ABŞ-ın Nyu-York Stars kimi məşhur komandaları da iştirak edəcək. Neftçi D qrupunda İtaliyanın Bari və Arpino, Serbiyanın Partizan klubları ilə oynayacaq.
