21 aprel 2010 12:59
Azərbaycan üçün üç Avstrita şəhəri
Azərbaycan milli komandasının may vəiyun ayında Avstriyada keçirəcəyi yoldaşlıq oyunlarının başlanma vaxtı vəstadionlar müəyyənləşib. Azerisport.az xəbər verir ki, oyunların proqramı belədir:
26 may
Moldova – Azərbaycan
Zeekirxen. "Sportçentrum Auq"
29 may
Makedoniya – Azərbaycan
Bişofşofen. «Bişofşofen» stadionu
2 iyun
Honduras – Azərbaycan
Zell am Zee. «Alois Latini» stadionu
AFFA-nın rəsmi saytı bütün oyunlar Bakı vaxtı iləsaat 21:30-da başlayacağını yazıb.
