22 aprel 2010 13:00
Azərbaycan Olimpiadanın vətənində at oynadır
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Soçidə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Soçi klubu ilə qarşılaşan millimiz 15:3 hesabı ilə qalib gəlib. Elşad Quliyevin 4 qol vurduğu, Hikmət Bağırovun het-trik, Müslüm Hüseynov və Renat Sultanovun dubl etdiyi oyunda Elvin Quliyev, İlqar Abdullayev, Namiq İsgəndərov və İlham Əzizzadə hərəyə bir dəfə fərqlənib.
