22 aprel 2010 13:34
Azərbaycan yığmasının rəqibi taleyi ilə barışa bilmir
Belçika Kral Futbol İttifaqı (BKFİ) yığma komandanın keçmiş baş məşqçisi Dik Advokaatdan UEFA və FİFA-ya şikayət etmək fikrindədir. Azerisport.az “Sport-Ekspress” nəşrinə istinadla xəbər verir ki, BKFİ Advkoaatın hələ də müqavilənin ikitərəfli qaydada pozulması üçün İttifaqa müraciət etməməsindən narazıdır.
“Hələ ki, Advokat və onun nümayəndələrindən heç kəs bizimlə əlaqəyə çıxmayıb. Onların zəngini gözləyirik” – deyə BKFİ-nin baş direktoru Jan-Mari Filips deyib.
Xatırladaq ki, bir müddət əvvəl Dİk Avdokat Rusiya yığmasının baş məşqçi postuna tutmaq təklifin qəbul etmiş və Belçika millisini tərk edəcəyini söyləmişdi. Belçika – Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindən biridir.
