22 aprel 2010 15:40
Qarabağda rəhbərlik işə qarışdı (FOTO)
Qarabağ rəhbərliyi futbolçularla toplantı keçirib. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, onlarla söhbət edən, problemlərini dinləyən prezident Tahir Gözəl futbolçulara inandığını, komandanın çətin günləri arxada qoyacağına şübhəsi olmadığı vurğulayıb. Toplantıda klubun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, komandanın kapitanı Aslan Kərimov, eləcə də legioner Admir Teli çıxış ediblər.
