22 aprel 2010 22:42
Joze Alessio da Silva: Qoy bizi autsayder saysınlar...
Sabah futzal üzrə UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda mübarizəyə başlayan Arazın baş məşqçisi Joze Alessio da Silva bu gün Lissabonda jurnalistlər önünə çıxıb. Azerisport.az xəbər verir ki, həmkarlarımız braziliyalı mütəxəssisə əsasən sabah baş tutacaq İntervyu ilə yarımfinal qarşılaşması barədə suallar ünvanlayıblar.
“Araz ən çətin mərhələyə qədər gəlib çıxa bilib. İntervyu cütün favoritidir və bu heç kimə sir deyil. Amma biz mübarizəsiz təslim ola bilmərik. Bütün gücümüzü qoymalıyıq.
Digər tərəfdən də qoy bizi autsayder hesab etsinlər. Bəli, İntervyu favoritdir, amma hələ kağız üzərində. Meydançada başqa cür olacaq. Kimim daha güclü olduğunu sabah görəcəyik. Komanda kimi hələ tam formalaşa bilməmişik. Çünki indiki heyət uzun müddət deyil ki, bir yerdə çıxış edir. Amma ayrı-ayrı futbolçularım ustalıq səviyyəsi çox yüksəkdir. Bu bizim ən vacib silahımızdır” – deyə da Silva bildirib.
