22 aprel 2010 22:47
İspanların baş məşqçisi Arazdan xəbərsizdir
Arazın sabahkı yarımfinalda rəqibi olacaq İntervyunun (İspaniya) baş məşqçisi Xesus Kandelas təmsilçimizi məğlub edib finala çıxacaqlarına şübhə etmədiyini bildirib.
“Öz oyunumuzu göstərməliyik. Əlbəttə, Araz hörmət olunmalı rəqibdir, amma onlardan qorxmuruq. Çünki bura qarşımıza qoyulan məqsədlərə çatmaq üçün gəlmişik.
Arazın real gücündən xəbərimiz yoxdur, çünki oyunlarını canlı izləməmişik. Videoyazıya baxmışıq, amma bu o qədər böyük informasiya verə bilməz. Rəqibin gücünə matç zamanı bələd olacağıq.
Öz üzərimizdə çox çalışmışıq. İndi iki görüşdə qələbə qazanıb bir daha turnirin qalibi olmaq qalır” – azerisport.az xəbər verir ki, Kandelas belə deyib.
