Benites həmyerlilərinə yenildi, Hamburqda hesab açılmadı (YENİLƏNDİ)
Bu gecə Avropanın ikinci ən nüfuzlu klub turnirində - UEFA Avropa Liqasında yarımfinala start verilir. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 1-ə 5 dəqiqə işləmiş başlayan qarşılaşmalarda Hamburq (Almaniya) Fulhemi (İngiltərə), Atletiko (İspaniya) isə Liverpulu (İngiltərə) qəbul edir.
Hamburq – Fulhem 0:0
Matç başlandı.
Birinci hissə kifayət qədər yüksək tempdə keçsə də, komandalar rəqib qapısına yol tapa bilmədilər.
Fasilə.
İkinci hissə başlandı.
Hər iki kollektivin "səylər"i nəticəsində qapılara qol vurulmadı. Görünür, həm Hamburq, həm də Fulhemi bu hesab qane edir.
Matç başa çatdı.
Atletiko - Liverpul 1:0
Matç başlandı.
Görüş sürətli başladı. Artıq 9-cu dəqiqədə madridlilərin uruqvaylı forvardı Dieqo Forlan hesabı açdı! 1:0!
Fasilə.
İkinci hissə başlandı.
Fasilədən sonra olduqc zəif təsir bağışlayan Liverpul rəqib qapısında bir dənə də olsun zərbə endirə bilmədi.
Matç başa çatdı.
