22 aprel 2010 23:00
Bu da 4 ölkənin həsrətində olduğu kubok! (FOTO)
“Bir Azərbaycan kuboku UEFA Çempionlar Kuboku uğrunda mübarizəyə başlayır”. Ürəyə çox xoş gəlir, deyilmi? Hələ ki, futbolun “kiçik qardaşı” futzalda. Amma ümid edək ki, günlərin bir günü “əsl” Çempionlar Kuboku uğrunda da bir Azərbaycan komandası mücadilə edəcək.
Azerisport.az xəbər verir ki, məhz şəkildə gördüyünüz kubok bir neçə gün sonra Avropanın 4 ölkəsindən birində nümayişə çıxarılacaq: Portuqaliya, İspaniya, İtaliya və ya... Azərbaycanda!
