23 aprel 2010 00:01
Bombardir qol sözü vermədi
Neftçinin və Azərbaycan çempionatının bombardirlərindən biri Adrian Nyaqa klubun rəsmi saytına açıqlamasında Bakı ilə görüşdə qol vuracağına söz vermədiyini bildirib.
"Rəqib yaxşı formadadır. Son iki oyunda qələbəqazanıb. Lakin hər matç fərqlidir. Biz həmişə qələbəqazanmaq istəyirik. Məncə, Neftçi komanda şəklindəBakıdan güclüdür.
Başqa futbolçu fərqlənsədəolar, təki komandamız qalib gəlsin. Bakının qapısına qol vuracağıma söz vermirəm. Amma Neftçinin qələbəsi üçün hər şey edəcəyəm" – azerisport.az xəbər verir ki, Nyaqa belə deyib.
