22 aprel 2010 00:05
Həmyerlimiz Messinin oynadığı meydançaya çıxacaq
Rusiya Futbol Premyer Liqası (RFPL) çempionatın 7-ci turunun Rubin – Anji matçının keçiriləcəyi stadionu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, qarşılaşma əvvəlcədən də bilindiyi kimi, Kazanın Mərkəzi stadionunda baş tutacaq. Arenanın ot örtüyünün pis vəziyyətdə olması ilə ələqədar RFPL görüşü Kazandakı “Rubin” stadionuna salmaq istəsə də, teleyayım məsələləri – NTV+ telekanalının etirazları üzündən bu fikirdən daşınıb. Bu barədə Sports.ru saytı məlumat yayıb.
Qeyd edək ki, payızda ÇL-də çıxış edən Rubin qrup mərhələsində Barselona, İnter və Kiyev Dinamosunu məhz Mərkəzi stadionda qəbul etmişdi.
