22 aprel 2010 00:25
Mahir Şükürovun baş məşqçisi ən çox onun hansı cəhətini bəyənir?
Anjinin baş məşqçisi Hacı Hacıyev azerisport.az-ın müxbiri ilə söhbətində Mahir Şükürovun Rostovla qarşılaşmada (1:2) çıxışını dəyərləndirib.
“Əvvəlki oyunlarla müqayisədə Mahir bu dəfə daha zəif oynadı. Məhz onun cinahında ilk qol vuruldu. Rəqibə imkan verdi ki, asma etsin. Amma görünür, bu bizdə xroniki problemdir. ÇSKA da bizə belə qol vurdu. Həmin görüşdə Mahir oynamırdı.
Ümumilikdə pis təsir bağışlamadı. Amma daha yaxşı oynaya bilər. Ən xoşuma gələn cəhəti soyuqqanlı olmasıdır” – deyə Hacıyev bildirib.
