22 aprel 2010 00:33
Simurq iki futbolçusunun xidmətindən məhrum oldu
Cümə günü paytaxtda Olimpik-Şüvəlanla qarşılaşacaq Simurq bu oyuna iki əsas futbolçusu olmadan hazırlaşıb. Azerisport.az klubun rəsmi saytına istinada xəbər verir ki, yığma komandanın seleskiya xarakterli toplanışını buraxan Elşən Məmmədovla Tural Cəlilov klubun düşərgəsinə yalnız bu gün qoşulacaqlar. “Sarı-qaralar” da paytaxta məhz bu gün gələcəklər.
