22 aprel 2010 00:45
Haciyevski bu gün Simurqa dönə bilər
Bir müddət əvvəl Makedoniyaya yollanan Simurqun icraçı direktoru Cokiça Haciyevski bu gün Azərbaycana dönə bilər. Azerisport.az-a klubdan məlumat verdilər ki, makedoniyalı mütəxəssisin səfəri şişləri ilə əlaqədar bir qədər uzanıb. Haciyevskinin sabah “Şəfa” stadionunda keçiriləcək Olimpik-Şüvəlan – Simurq matçını izləyə biləcəyi də istisna deyil.
