23 aprel 2010 01:25
Əlvida, Dünya çempionatı! (FOTO)
Serbiya yığmasının və Sevilyanın müdafiəçisi İvitsa Draqutinoviç DÇ-dən kənarda qalacaq. Azerisport.az xəbər verir ki, klubunun son məşqçində daban nahiyəsindən zədə alan futbolçunun müalicəsi bir neçə ay çəkəcək. “Reuters” agentliyi “İvan Draqo” ləqəbli oyunçunun CAR-da keçiriləcək mundialda iştirak edə bilməcəyini yazıb.
Qeyd edək ki, buna qədər Milanın və İngiltərə millisinin üzvü Devid Bekhemin zədə üzündən DÇ-ni buraxacağı məlum olmuşdu. Bundan əlavə, Liverpullu ispan hücumu Fernando Torresin də iyuna qədər zədəsini sağaldacağı inandırıcı görünmür.
