23 aprel 2010 20:57
Arif Əsədov: Bakını müdafiə olunmağa məcbur etdik
Bakı – Neftçi (1:1) görüşündən sonra qonaqların baş məşqçi əvəzi oyun barədə fikirlərini bildirib.
“Birinci hissədə daha yaxşı oynasaq da, qol vura bilmədik. Fasilədən sonra Bakını müdafiə olunmağa məcbur etdik. İki xal itirdiyimizi hesab edirəm. Qələbə qazanmaq istəyirdik” – azerisport.az xəbər verir ki, Əsədov belə deyib.
