23 aprel 2010 21:00
Bakı sona qədər mübarizə aparacaq
Bakının məşqçisi Məqsəd Yaqubəliyev Neftçi ilə qarşılaşmada (1:1) iki xal itirilməsinin səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Yaqubəliyev bunu azlıqda oynamaları ilə əlaqələndirib: “Məqsədimiz qələbə idi, amma alınmadı. Planlarımızı Venyonun qırmızı vərəqə alması pozdu. Xal itkisinə rəğmən sona qədər mübarizə aparacağıq”.
