23 aprel 2010 21:03
1 xal XL-i niyə qane etdi?
Cəzalı Ağasəlim Mircavadovun yoxluğunda onu mətbuat konfranslarında əvəz edən məşqçi Tofiq Mustafayev İnterlə matçdan (2:2) sonra komandasının qələbə qazanmalı olduğunu söyləyib.
“Matçın taleyini hələl birinci hissədə həll etməli idik. Bir neçə qol imkanı yaratdıq. İkinci hissənin əvvəllərində buraxdığımız gözlənilməz qolun təsirindən ayılmana qədər xeyli vaxt getdi. Hər halda, bu heç-heçə birinci pilləni əlimizdə saxlamağa kifayət etdi. Çempionluğun taleyi sonuncu turda həll olunacaq. Güclü qalib gəlsin!” – azerisport.az xəbər verir ki, Mustafayev belə deyib.
