23 aprel 2010 21:06
Kaxaber Çxadadze: Çox acınacaqlı qol buraxdıq
Kaxaber Çxadadze Lənkəranda qələbənin son dəqiqələrdən əldən verilməsinə üzülüb. Amma azerisport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis komandasının oyunundan razı qalıb: “Futbolçularımla fəxr edirəm, onların gözəl oyun nümayiş etdirdilər. Dərhal qol vurduq, amma üstünlüyü sonradan rəqibi verdik. İkinci hissədə diqtə edən tərəf biz olsaq da, sonda çox acınacaqlı qol buraxdıq”.
