23 aprel 2010 21:12
Simurqun qapıçısı Ukraynada məşqçiliyə başlayır
Simurqun 38 yaşlı qapıçısı Taras Çopik komandanı tərk edir. Azerisport.az xəbər verir ki, ukraynalı qolkiper Ukrayna Premyer Liqasında mübarizə aparan Karpatı klubundan təklif alıb. Çopik bu komandada qapıçı məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Bu barədə Simurqun baş məşqçisi Roman Pokora məlumat verib.
