Araz finala çıxa bilmədi (YENİLƏNDİ)
Futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”na start verilir. Azerisport.az xəbər verir ki, bu axşam Bakı vaxtı ilə saat 22:00-da təmsilçimiz Araz yarımfinalda İspaniyanın İntervyu klubu ilə görüşəcək.
ARAZ (Azərbaycan) – İNTERVYU (İspaniya) 2:5 (ikinci hissə)
Matç başlandı.
10-cu dəqiqədə ispanlar hesabı açdılar. Hücumun sağ cinahında qərarlaşan Xordinin uzaqdan zərbəsi dəqiq alındı - 0:1.
Komandamız fasiləyə qədər hesabı bərabərləşdirməyə müvəffəq oldu. Biro Jade fərqləndi - 1:1. Final şansları qalır.
Fasilə.
İkinci hissə başlandı.
İkinci yarı Araz üçün uğursuz başladı. Qabriel yaxın məsafədən dəqiq zərbə endirdi - 1:2.
Araz məğlub olmaq istəmir! 24-cü dəqiqə, Serjio və 2:2!
34-cü dəqiqədə Betao fərqləndi. 2:3. Sona 6 dəqiqə qalmış Arazın finala çıxmaq şansları bir qədər azaldı.
38-ci dəqiqədə bu cütün taleyi həll olundu. Bütün oyunboyu gözəl təsir bağışlayan qapıçı Luis Amado... ispanların 4-cü qoluna imza atdı. Arazda qolkiper Tveryankini meydan oyunçusu əvəzləşmişdi və Amadonun göndərdiyi top boş qapıdan keçdi. 2:4.
İntervyu daha bir qol vurdu. Daniel fərqləndi. Bu hücuma da qolkiper Luis Amado başladı.
Matç başa çatdı. İntevryu növbəti dəfə finala çıxdı. Araz isə 3-cü yer uğrunda mübarizə aparacaq. Komandamızın rəqibi Benfika (Portuqaliya) - Luparense (İtaliya) cütünün uğursuzu olacaq.
