23 aprel 2010 00:14
“Görüşə tam hazırıq, məqsədimiz qələbədir”
Bakının baş məşqçisi Cüneyt Biçər bildirib ki, komandası Neftçi ilə oyuna tam hazırdır. Azerisport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, gənc mütəxəssis yeganə məqsədlərinin qələbə olduğunu söyləyib: “Bakı Neftçi ilə keçiriləcək görüşə tam hazırdır. Bu gün də oyunqabağı son məşqimizi keçdik. Matçın başlama vaxtını gözləyirik. Komandada hər hansı bir çatışmazlıq, problem yoxdur ki, bu da bizi sevindirməyə bilməz. Neftçi ötən turda İnter kimi güclü rəqibi məğlub etməyi bacardı. Ümumiyyətlə, ilk “altılıq”da qərarlaşan komandaların heç biri zəif deyil. Amma biz də təslim olmaq fikrində deyilik. Ötən turlarda iddialı rəqiblərimizdən üstün olduq. Sabahkı matçı da qazanacağımıza inanıram”.
