23 aprel 2010 12:20
Vaqif Cavadovun məşqçisi ən yaxşı adına namizəddir
Hollandiyada ilk “ən yaxşı məşqçisi” adını qazanmağa namizədlərin adlarını açıqlayıblar. Azerisport.az xəbər verir ki, onların arasında həmyerlimiz Vaqif Cavadovun da çıxış etdiyi Tventenin çalışdırıcısı Stiv Maklaren də var. Digər namizədlər – Martin Yol (Ayaks), Mario Been (Feyenoord) və Gert-Yan Verbek (Herakles).
