23 aprel 2010 00:41

Çempionlar Kuboku ümidi ilə yaşayan Azərbaycan

Azərbaycan çempionu Araz futzal üzrə UEFA Çempionlar Liqasının həlledici mərhələsində mübarizəyə start verir. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nın yarımfinalında komandamızın rəqibi İspaniya çempionu İntervyudur.
 
Siz rəqibin baş məşqçisinin öz komandasının daha güclü olduğunu deməsinə, Joze Alessio da Silvanın məhz İntevryunun favorit olduğunu söyləməsinə elə ciddi yanaşmayın. Bu ilin yanvarında Macarıstanda keçirilən AÇ-dən əvvəl də Azərbaycan yığmasına statist mövqeyi ayrılırdı. Sonunu xatırlayırsınızmı? Bəli, komandamız yarışın gedişində medalçılar sırasına düşməyə layiq olduğunu sübutə yetirsə də, 3-cü yer uğrunda həlledici qarşılaşmada Çexiyaya məğlub oldu. Amma hamı gördü ki, bu məğlubiyyət futbolçuların görüşə daha çox psixoloji cəhətdən hazır olmaması ilə əlaqədar idi. Böyük turnirlərdə adətən belə olur: finala vəsiqəni son anda, penalti zərbələri və ya bəxtsizliklə əldən verən kollektiv “bürünc” uğrunda mübarizəyə köklənə bilmir.
 
Əgər bu gün turnirin şəksiz favoriti İntervyu ilə matçda Alessio da Silva və onun yetirmələri rəqibinə sürpriz etməyi bacarsa, hansısa inanılmaz ssenari hesabına Avropanın ən güclü klubuna qalib gəlsə, şübhə etməyin ki, Araz finaldakı rəqibinin də başını çox ağrıdacaq. Və məsələ heç də cütün digərindən daha güclü olmasında deyil. İş psixoloji hazırlıqdadır.
 
Əlbəttə, Naxçıvan klubunun buralara qədər gəlib çıxması özü bir uğurdur. Bəlkə də bundan artığını Arazın qarşısına tələb kimi qoymaq düzgün çıxmazdı. Amma inanmağa ki haqqımız var! Axı bu oyunçuların – Tyaqo, Bero Jade, Maşadu, Borisov və Fərzəliyevin nəyə qədər olduğunu bilirik. Onda nədən kubok ümidləri ilə yaşamayaq?
 
Unutmayaq ki, qələbələr heç də həmişə ən güclüyə nəsib olmur. Kuboku başı üzərinə qaldırmağa çox vaxt daha inadkar olan komandalar qaldırır. Araz özü də bunu başa düşsə, onda təmsilçimizin qarşısında heç kəs dayana bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.