23 aprel 2010 00:46
İntervyu Arazın braziliyalılarından çəkinir
Arazın rəqibi İntervyunun və İspaniyanın yığmasının üzvü Daniel azerisport.az-ın müxbiri ilə söhbətində sabahkı oyun barədə danışıb.
“Araz Azərbaycan yığmasınn futbolçularından qurulub. Buna görə də rəqibin oyununu canlı izləmədiyimizi demək düzgün olmazdı. Azərbaycan millisi son Avropa çempionatında öz oyunu ilə bütün qitəyə səs saldı. Sizin kimi rəqiblərə qarşı oynamaq çox çətindir. Bununla belə, hesab edirəm ki, son AÇ-da Azərbaycan İspaniyanı məğlub edə bilməzdi.
Arazın futbolçularından kiminsə adını çəkə bilmərəm. Amma əsas təhlükəni braziliyalılardan gözlədiyimizi deməklə yeni heç nə kəşf etmərəm. İntervyunun çətinliklə qələbə qazanacağını proqnozlaşdırıram. Oyunu nəzarətdə saxlaya bilsək, nəticə qazanmaq bir qədər asan olacaq” – deyə Daniel bildirib.
