24 aprel 2010 13:10
Neftçi yenə hakimlərdən narazı qaldı
Neftçi Bakı ilə oyundan sonra hakimliklə bağlı protest verib. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşmanın 83-cü dəqiqəsində flaqmanın yarımmüdafiəçisi Zaur Tağızadənin cərimə meydançasında vurduğu zərbə rəqib futbolçunun əlinə dəyib. Lakin bu epizodda matçın baş hakimi Elçin Məmmədov qayda pozuntusunu qeydə almayıb. Oyundan sonra bu epizodla əlaqədar Neftçi görüşün protokoluna etirazını qeyd edib.
