24 aprel 2010 13:33
Mənsimov Kuarejmanı transfer etdi
Beşiktaşın prezidenti Yıldırım Dəmirörən bir daha Rikardo Kuarejma ilə bağlı danışıqlar aparmaq üçün İtaliyaya yollanacaq və İnter rəhbərliyii ilə görüşəcək. Azerisport.az xəbər verir ki, transfer artıq böyük ölçüdə həll olunub. Futbolçuya görə İnterə veriləcək məbləği – 10 milyon avronu isə azərbaycanlı iş adamı, XL-in fəxri prezidenti Mübariz Mənsimov ödəyəcək. Kuarejmanın alacağı illik maaşı – 4 milyon avronu da Mənsimov qarşılayacaq. Futbolçunun DÇ-dən sonra “Qara Qartal”a qoşulacağl gözlənilir.
