24 aprel 2010 13:41
Tyaqu: Pis oynamadıq, amma artıq heç nəyi dəyişmək olmaz
Arazın liderlərindən biri Tyaqu Silva azerisport.az-ın müxbiri ilə söhbətində 2:5 hesablı məğlubiyyətə layiq olmadıqlarını deyib.
“Heç də pis oymadıq. Hər halda, böyükhesablı məğlubiyyətə layiq deyildik. Amma yüksək səviyyəli matç keçirdiyimizi də deyə bilmərəm. İndi heç nəyi dəyişmək olmaz. 3-cü yer uğrunda matça hazırlaşacağıq” – deyə Tyaqu bildirib.
