24 aprel 2010 14:08
Həmyerlimiz Teli və Beçiri ilə üz-üzə gələcək
Mayın 24-də Albaniyanın paytaxtında 58-ci ənənəvi beynəlxalq “Kvarnerska Rivijera” turniri start götürəcək. Azerisport.az xəbər verir ki, yarışda Zaqreb Dinamosu və İstra-1961 (hər ikisi Xorvatiya) klubları ilə yanaşı həmyerlimiz Emin Mahmudovun formasını geydiyi Saturnun əvəzedici komandası və Albaniya millisi mübarizə aparacaq. Xatırladaq ki, albanların heyətində müvafiq olaraq, Qarabağ və Xəzər Lənkəranın şərəfini qoruyan Admir Teli ilə Elvin Beçiri də forma geyə bilər.
