24 aprel 2010 15:21
İlk qolun sevinci
Neftçinin estoniyalı hücumçusu Vladimir Voskoboynikov klubun rəsmi saytına açıqlamasında “ağ-qara” formada vurduğu ilk qolu şərh edib.
"Neftçinin heyətində ilk qolumu vurduğum üçün çox şadam. Amma təəssüf ki, belə vacib görüşdə layiq olduğumuz qələbəni əldə edə bilmədik. Qarşıda üç oyun var, bu matçlarda maksimum nəticə göstərməyə çalışacağıq" – azerisport.az xəbər verir ki, Voskoboynikov belə deyib.
