24 aprel 2010 15:26
Premyer Liqanı tərk etməyə 5 namizəd qaldı
“Unibank” Premyer Liqasının 29-cu turunun ilk oyun günündən sonra Olimpik-Şüvəlanın yüksək liqada yerini qoruyacağı rəsmiləşdi. Azerisport.az xəbər verir ki, sona 3 tur qalmış Nazim Süleymanovun komandası “təhlükəli” 11-ci pillədə 10 xal aralana biliblər. Simurqun da yerini de-yure qoruması üçün cəmi 1 heç-heçə etməsi kifayətdir. Turan isə yalnız 1 qələbə kifayətdir.
Qeyd edək ki, bu gün Muğan Karvana məğlub olmazsa, Yevlax klubu rəsmən premyer liqanı tərk edəcək.
