24 aprel 2010 22:03
Qəbələ hələ də sakitləşməyib
Qəbələnin baş məşqçisi Ramiz Məmmədov Qarabağla görüşdən (1:1) sonra gözlənilmədən ötən turu xatırlayıb. Azerisport.az xəbər verir ki, mütəxəssis XL-lə oyunda təyin olunan penaltinin düzgün olmadığını bir daha söyləyib: “Bir daha göstərdik ki, əzmkar komandaya malikik. Ötən turu xatırlamaq istəyirəm. XL-lə oyunda qapımıza təyin olunan penalti futbolçuları psixoloji cəhətdən sındırır”.
