24 aprel 2010 22:59
İki azərbaycanlının dueli 46 dəqiqə davam etdi
Rusiya Premyer Liqasının 7-ci turunun oyununda bu gün iki azərbaycanlı futbolçu üz-üz gəlib. Azerisport.az xəbər verir ki, Dinamonun evdə Saturnu 1:0 hesabı ilə məğlub etdiyi görüşdə ilk dəqiqələrdən meydançada olan Aleksandr Səmədov 80-ci dəqiqədə əvəzlənib, qonaqlardan isə Emin Mahmudov 34-cü dəqiqədə Andrey Karyakanın əvəzinə oyuna daxil olub.
