24 aprel 2010 00:05
Böyük oyundan Böyük oyuna
Xəzər Lənkəranın baş məşqçisi Ağasəlim Mircavadovun diskvalifikasiyası başa çatıb. Azerisport.az xəbər verir ki, “Unibank” Premyer Liqasının 25-ci turunda – XL – Neftçi matçından sonra 4 oyunluq cəza alan mütəxəssis artıq cəzasını başa vurub və qarşıdakı görüşdə komandasını texniki zonadan idarə edə biləcək. Maraqlıdır ki, Mircavadovun diskvalifikasiyadan sonra ilk oyunu da Neftçiyə qarşı olacaq. Matç mayın 1-də Bakıda keçiriləcək.
