24 aprel 2010 00:10

Hər şey bu qədər qorxulu deyil, cənablar!

“Unibank” Premyer Liqasında 29-cu turun ilk oyun gününün yekunları azerisport.az-ın təqdimatında.

 

Azərbaycan çempionatını məhz bu həftədən izləməyə başlayan və futboldan az-çox başı çıxan hər hansı bir sivil Avropa ölkəsinin vətəndaşı hər şeydən əvvəl təqvimin belə eybəcər qurulmasına – şənbə və bazar günlərinin əvəzinə, matçların cümə və şənbə günləri keçirilməsinə təəccüblənərdi. Əgər o, günün ilk başlayan qarşılaşmalarını – Tovuzdakı Turan – Standard və “Şəfa”dakı OŞ – Simurq matçlarını izləsəydi, “Azərbaycanda futbol var” deyənlərə istehzalı nəzərlərlə baxardı. Sonra Bakı – Neftçi matçına yollanıb həmin qarşılaşmaya canlı baxsaydı, “budur sizin paytaxt derbiniz?” deyib başını tutardı. Daha sonra isə hansısa fantastik, XXII və ya XXIII əsrlərdə icad olunacaq qurğunun hesabına Lənkəranda bir göz qırpımında peyda  olub XL – İnter qarşılaşmasına canlı şahidlik etsəydi, inanılmaz bir kontrast görərdi. Və bəlkə də deyərdi: “Hər şey bu qədər qorxulu deyil, cənablar!”

XL – İnter matçı bu sətirlərin müəllifində məhz belə assosiasiyalar oyatdı: hər şey düşündüyüməz qədər qorxulu, ümidsiz deyil! Deməli, “Unibank” Premyer Liqasında da futbol tamaşaları olurmuş!

Yox, biz “La Skala”da və ya “San Siro”da deyildik. Göstərilən tamaşa-futbolu keyfiyyəti də Milanı özündə təcəssüm etdirən bu iki binada verilən tamaşaların (dırnaqda və dırnaqsız) səviyyəsi ilə müqayisəyə gəlməzdi. Amma XL – İnter görüşü Azərbaycanda futbolun bir istirahət yeri kimi yaşadığını göstərdi. Hətta ağzına qədər dolu müasir Lənkəran stadionunda baş tutan qarşılaşmadan canlı yayım hazırlayan “İdman Azərbaycan”da adamın əsəblərinə toxunmurdu.

Belə şəraitdə matçın 2:2 hesabı ilə bitməsi lap yerinə düşdü. Leysan altında 4 qol: yəqin ki, lənkəranlı azarkeşlər narazı qalmadılar. Yəqin ki, onları nəticə də narazı salmadı. Axı XL liderliyini qoruyur. Üstəlik, Bakı derbisindən xal itirən paytaxtın eyniadlı komandası da iki liderə yaxınlaşmaq imkanını əldən buraxıb.

Bakı – Neftçi görüşünə bəzək qatan yeganə amil Vladimir Voskoboynikovun son dəqiqələrdə qonaqları məğlubiyyətdən xilas etməsi oldu. Əks halda, biz yenə boz rəngli 1:0 hesabını görəcəkdik. Hərçənd, “zolaqlılar” bu böz rəngə də razı idilər, təki İnterlə XL-ə çatmaq imkanından məhrum olmasınlar.

Mübarizə davam edir!

İkinci “altılıq”? Burada da bir oyunda liderlər qarşılaşırdılar. Nəticəni yəqin ki, proqnozlaşdırırdınız. 0:0. Həm Tovuzda, həm Bakıda.

 

“Unibank” Premyer Liqası, 29-ci tur

 
XL - İNTER - 2:2 (1:1)
Çervenko, 15 (0:1), Çvetkov, 45 (1:1), Poşkus, 48 (1:2), Opara, 89 (2:2)
  
BAKI - NEFTÇİ - 1:1 (1:0)
Skuliç, 14 (1:0), Voskoboynikov, 87 (1:1)
 
TURAN - STANDARD - 0:0
 
OŞ - SİMURQ - 0:0

 

Turnir vəziyyəti

İlk “altılıq”: XL – 26 xal (17 oyun), İnter – 25 (17), Bakı – 24 (17), Neftçi - 20 (17), Qarabağ – 19 (16), Qəbələ - 15 (16).

İkinci “altılıq”: OŞ – 29 (17), Simurq – 28 (17), Turan – 25 (17), Muğan – 21 (16), Standard – 19 (17), Karvan - 10 (16).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.