24 aprel 2010 00:28
Alessio da Silva: Özüm də meydançaya çıxmaq istədim
İntevryu ilə matçsonrası mətbuat konfransında Arazın baş məşqçisi Joze Alessio da Silva özünün də meydançaya çıxmaq istəyinin olduğunu etiraf edib.
“Komandam yaxşı təsir bağışladı. Bir neçə real imkandan yararlana bilmədik. Səviyyəli futbolçularımızın sayının azlığı sözünü dedi. Özüm də meydançaya çıxmaq istərdim. Amma mən məşqçiyəm, oynaya bilmərəm. İntervyu əvvəlki tək güclü deyil. Məhz buna görə də onları məğlub edə bilmədiyimiz üçün kədərliyəm” – azerisport.az xəbər verir ki, da Silva belə deyib.
