24 aprel 2010 00:54
Ponomaryov İlqar Qurbanovun keçmiş komandasına qarşı
Bu gün Türkiyə Bank Asya 1-ci liqasında 32-ci turun bir oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, həmyerlimiz Anatoli Ponomaryovun çıxış etdiyi Orduspor səfərdə Bolusporun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:30-da başlanır.
Xatırladaq ki, ötən mövsüm Bolusporda indi Olimpik-Şüvəlanda çıxış edən İlqar Qurbanov forma geyirdi.
