25 aprel 2010 15:29
Simurqda iki rekordçu (FOTO)
Simurqun futbolçusu Ramil Sayadov yeni klub rekorduna imza atıb. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, sarı-qara formada 74-cü oyununa çıxan futbolçu bu göstəricidə liderliyi ələ alıb və hazırda Zakarpatyedə (Ukrayna) çıxış edən sabiq kapitan Aleksandr Malıgini (73 oyun) qabaqlayıb. Gürcüstanlı yarımmüdafiəçi David Bolkvadze isə premyer liqada oyun sayına görə birinciliyi ələ keçirib. 2008-ci ilin qışında transfer edilən Bolkvadze üçün OŞ-la görüş 66-cı olub.
