25 aprel 2010 16:27

Bu günə yox, sabaha gərəkli qələbə

Arazın baş məşqçisi Joze Alessio da Silva azerisport.az-ın Lissabondakı müxbiri ilə söhbətində Luparense ilə bu axşam keçiriləcək oyundan danışıb.
 
“İntervyu ilə oyundakı kimi çıxış etsək, heç nə bizə İtaliya çempionuna qalib gəlməyə mane ola bilməz. Luparanseyə qarşı daha yaxşı oynayacağıq. Serjionun itkisidir ciddidir, amma bunun öhdəsindən gələ biləcəyik. Onun mövqeyində Tyaqu Silva və ya Vitali Borisovu buraxa bilərəm.
 
Bu mənim Arazda ilk mövsümümdür. Bu müddət ərzində böyük inkişafa nail olmuşuq. Bu gün tutacağımız 3-cü yer bizim üçün əla nəticə olacaq. Amma hətta məqsədimizə nail olmasaq da, bu bizim işimizin üstünə kölgə sala bilməz.
 
İtalyanlara qarşı oyunda hansısa sakitlikdən və ya rahatlıqdan söhbət gedə bilməz. AÇ-nin yarımfinalında Portuqaliyaya acınacaqlı məğlubiyyətdən sonra komandamız psixoloji zərbə altına düşdü. Buna görə 3-cü yer uğrunda oyuna köklənə bilmədik. Bu dəfə tamamilə fərqli olacaq” – deyə da Silva bildirib.
 
Bu müsahibəyə hər hansı sözardı vermək fikrindən uzağıq. Bu sətirlər sözardıdan, proloqdan çox, dəstək sözləridir. Bəli, da Silva özünün dediyi bu inkişafı həmyerlilərinin, milliləşdirilmiş braziliyalıların hesabına çatıb. Amma bunun Azərbaycan azarkeşinə bir marağı varmı? Azərbaycan gənci futbolu qoyub futzala maraq göstərərmi? Bu idman növünə gənclərin cəlb edilməsi ehtimalı bu vaxtadək nə qədər idi? Çox az. Yalnız yığmanın AÇ-dəki uğurlu çıxışı, Arazın UEFA kubokunda mükafatçılar sırasına düşməsi futzal bir müstəqil idman növü kimi Azərbaycanda populyarlaşmasına yol aça bilər. Və nə yolla olur-olsun, qoy Alessio da Silva və onun komandası nəticə qazansın. Bizə məhz nəticə lazımdır.
 
Bu sətirlərin müəllifi nədənsə Arazın bu axşam Luparenseni məğlubiyyətə uğradacağına şübhə etmir...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.