25 aprel 2010 20:45
Şahin Diniyev Spalettiyə yenilmədi
Rusiya Premyer Liqasının 7-ci turunda Sankt-Peterburqda Zenit Tereklə görüşüb. Azerisport.az xəbər verir ki, həmyerlimizin Şahin Diniyevin məşqçisi olduğu qroznılılar italiyalı mütəxəssis Luçano Spalettinin komandasına inadlı müqavimət göstəriblər. Matçda hesab açılmayıb – 0:0.
