25 aprel 2010 21:02
Bakının keçmiş futbolçusu Qazzayevi evə göndərə bilər (VİDEO)
Bu gün Ukrayna çempionatında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Lvovda Dinamonu (Kiyev) qəbul edən Karpatı gözlənilmədən rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 62-ci dəqiqədə Bakının heyətindən yaxşı tanıdığımız Roşa Batista vurub.
Bu məğlubiyyətdən sonra turnir cədvəlində yenidən Şaxtyoru irəli buraxan Dinamonun çalışdırıcısı Valeri Qazzayevin istefası barədə söz-söhbətlər bir qədər də möhkəmlənib.
