Araz UEFA kubokunun bürünc mükafatçısıdır!
Araz UEFA kubokunun bürünc mükafatçısıdır! Komandamız 3-cü yer uğrunda görüşdə İtaliya təmsilçisi Luparenseni penalti vuruşları sonrasında məğlub edərək, bürünc medallara layiq görüldü!
ARAZ (Azərbaycan) – LUPARENSE (İtaliya) 2:2 p. 5:4.
Borisov, 4 (1:0); Kalvo, 7 (1:1); Baptistella, 18 (1:2); Tyaqu, 37 (2:2)
Penalti vuruşları: Vaskanselos (0:1), Tyaqu (1:1), Vampeta (1:1), Biro Jade (2:1), Baptistella (2:2), Fərzəliyev (3:2), Onorio (3:3), Felipe (4:3), Barro (4:4), Borisov (5:4).
Azerisport.az xəbər verir ki, matçın əsas vaxtı heç-heçə başa çatdı. Penalti zərbələri zamanı isə Arazın qolkiperi Andrey Tveryankin ikinci cəhddəcə rəqibin oyunçusu Vampetanın zərbəsini dəf etdi. Zaman göstərdi ki, bu qurtarış həlledici oldu və bu oyunda hesabı açan Vitali Borisov 5-ci zərbəni də dəqiq yerinə yetirərək, mübarizəyə nöqtə qoydu!
