25 aprel 2010 00:08

Danışılmış oyunlar, yoxsa səviyyə bərabərliyi?

Heç-heçə xəstəliyi davam edir. Bu ya rəqiblərin gücünün bərabər olmasından xəbər verir, ya da oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsindən.
 
İkinci variantı qeyri-real görünməsə də, azerisport.az ümid edir ki, hər halda, bu heç-heçələr sindromu məhz komandaların ümumi səviyyəsinin bir-birinə yaxın olması ilə əladardır. Yoxsa əgər hər xal itkisinin geri saldığı, hər qələbənin çempionluğa yaxınlaşdırdığı “altılıq” sistemində də klub rəhbərləri gizlincə kabinetlərə çəkilib nəticələri əvvəlcədən müəyyənləşdirirsə, onda Azərbaycanda futbol deyilən bir anlayış məhv edilməli və insanların beynindən silinməlidir. Çünki bu qədər düşüncəsizlik və - bu ifadəyə görə üzr istəyirik – alçaqlıq olmaz. Azarkeşləri bu qədər ələ salmaq olmaz.
 
Pis fikirləri başımızdan ataq və məsələn, ümid edək ki, Qarabağla Qəbələ həqiqətən bir-birlərinə layiq rəqiblərdilər: Ramiz Məmmədov istənilən kollektivi məğlub edəcək gücdədir; Qarabağın potensialı artıq tavana çatıb; çempionatın sonunda mübarizənin gərgin keçdiyini nəzərə alsaq, heç-heçələr qaçılmazdır.
 
Bütün bunlara ümid edək, ilk “altılıq”da turnir mənzərəsinin dəyişməməsi faktını qeyd edək və keçək Karvanın ölüm-qalım mübarizəsinə.
 
Yevlax klubu Salyanda qələbə çaldı və I diviziona yollanmaq perspektivlərini ən azı bir həftəlik təxirə saldı. Bu yerdə insanın könlündən dəli bir təəssüflənmək arzusu keçir: axı niyə Yunis Hüseynov və onun komandası, tutaq ki, iki həftə əvvəl qələbə qazanmağa başlamadı? Bəlkə onda bu cür özünəməxsus kollektivi premyer liqada izləməyə davam edərdik. Yoxsa burda da sətiraltı məqamlar axtaraq?
 
İndiki halda Karvanın yerini qoruması məsələsi yenə çətin görünür. Bunun üçün komanda bütün oyunlarında qələbə qazanması, Muğan isə cəmi 2 xal toplamalıdır. Çətindir, çox çətin...

 

 "Unibank" Premyer Liqası, 29-cu tur

QARABAĞ - QƏBƏLƏ - 1:1
R.Əliyev, 10 (1:0), K.Kərimov, 18-p (1:1).
 
MUĞAN – KARVAN - 2:3
Rəhimov, 7 (0:1), Fereyra, 19 (0:2), X.Məməədov, 34 (0:3), Kabba, 50 (1:3), E.Abdullayev, 63-p (2:3).
 
 
TURNİR CƏDVƏLİ
  
 
Komanda
O
Q
Н
M
Qollar
X
1
Xəzər-L
17
6
8
3
18-11
26
2
İnter
17
6
7
4
18-17
25
3
Bakı
17
6
5
5
18-14
24
4
Qatabağ
17
4
8
5
13-17
20
5
Neftçi
17
4
8
5
11-12
20
6
Qəbələ
17
3
7
7
16-22
16

 

 
Komanda
O
Q
H
M
Qollar
X
1
Olimpik
17
8
5
4
24-15
29
2
Simurq
17
7
7
3
18-13
28
3
Turan
17
6
7
4
22-19
25
4
Muğan
17
5
6
6
12-13
21
5
Standard
17
5
4
8
16-21
19
6
Karvan
17
2
7
8
13-24
13

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.