25 aprel 2010 00:23
Azərbaycanlı futbolçu bombardirlik bacarığı yenə sübut etdi
Rusiya Premyer Liqasının 7-ci turunda Lokomotivin azərbaycanəsilli futbolçusu Aleksandr Əliyev yenə fərqlənib. Azerisport.az xəbər verir ki, Tomla görüşün 43-cü dəqiqəsində fərqlənən Əliyev komandasına qələbə gətirən qola imza atıb. Matç 2:1 hesabı ilə “dəmiryolçular”ın xeyrinə başa çatıb.
