25 aprel 2010 00:43
Barsa öz azarkeşlərinə müraciət etdi (FOTO)
Xereslə İspaniya La Liqasının 34-cü turunun oyunundan (3:1) sonra Barselona futbolçuları azarkeşlərə növbəti oyunda komandanı sona qədər dəstəkləmək üçün müraciət edib. Azerisport.az “Marca” qəzetinə istinadla xəbər verir ki, oyunçuları üzərində “biz bütün gücümüzü meydançada qoyacağıq” yazılan qara rəngli geyimlərdə azarkeşlərin qarşısına çıxıblar.
Xatırladaq ki, Barselona növbəti oyununu qarşıdakı çərşənbə günü ÇL-in yarımfinalında “Nou Kamp”da İnterə qarşı keçirəcək.
